adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Yanvar 2023 10:23
436
KRİMİNAL

Salyanda quldurluq edən şəxs saxlanılıb

Salyanda quldurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin  dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə basqın etməkdə şübhəli bilinən rayon sakini Yaşar Məmmədov saxlanılıb.

Həmin şəxs ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, Y.Məmmədov tanışı, hazırda qeyd edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq, ötən ilin dekabr ayının 18-də səhər saatlarında Salyan rayonu ərazisində yerləşən evlərin birinə basqın edib. Ev sahibinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək ünvanı tərk ediblər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.