adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 May 2022 10:46
1165
DÜNYA

Saqatelyan anons verdi, İrəvan qarışdı: “Türksüz Ermənistan”da “Yol bağlansın”...

“Daşnakstyun” partiyasının nümayəndəsi, “Müqavimət” hərəkatının liderlərindən biri İşxan Saqatelyan gecə saatlarında bazar ertəsi sosial şəbəkələrdə canlı yayımda açıqlama edərək bildirib ki, müxalifət mayın 17-də səhər saatlarından Yerevanda küçələri bağlamağa davam edəcək: "İctimaiyyətdə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi formalaşıb, bu, aşkar faktdır. Göstərilməlidir ki, Paşinyanın artıq ölkədə hakimiyyəti yoxdur, o, hakimiyyət xalqındır".

Bu gün səhər saatlarında Saqatelyan dediyi kimi 8 radələrində Ermənistan paytaxtı İrəvanda Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin yeni aksiyası artıq başlayıb.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar.

Etirazçılar “Türksüz Ermənistan” şüarları səsləndirirlər.

Qeyd edək ki, müxalifətin liderlərindən hesab olunan İşxan Saqatelyan Türkiyə- Ermənistan münasibətlərinin normallaşması gündəmə gələn gündən Paşinyana qarşı sərt şəkildə açıqlamalar verir və ona qarşı mübarizə aparacağını elan edirdi: “ Məğlub olmuş, kapitulyasiya imzalamış rəhbərlə yalnız düşmən masa arxasına keçmək istəyər. Ona görə ki, ondan yeni gözləntilər var. Azərbaycanın satqın Paşinyandan yeni gözləntiləri olacaq, o bizi bir daha satacaq. Nikolun hakimiyyətdə qalmağının qiyməti budur”,- deyə vurğulayıb.

 

Əntiqə Rəşid