adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Fevral 2023 12:18
1166
MƏMLƏKƏT

Savaşın "bitəcək tarixi"ni deyən "proqnozçular"ınPAFOSU

Bir neçə gün əvvəl erməni əsilli astroloq Dmitri Vardanyan Ukrayna müharibəsinin sona çatacağı tarixi açıqladı.
Ekstrasens proqnozunda Ukraynanın öz ərazilərini qaytaracağını dedi. Yəni, bir növü Rusiyanın uduzacağına eyham etdi:“2024-cü ilin mayında Ukraynanın NATO qarşısında yeni imkanları açılır.

Söhbət NATO, yaxud Avropa Birliyinə daxil olmaqdan gedir. Bir çox taroloq və ekstrasensin proqnozlarından fərqli olaraq, müharibənin 2024-cü ilin mayında bitəcəyini hesab edirəm”
Erməniyə çox inanırıq axı, ona görə də, onun verdiyi “proqnoza” da çooooxxxx inanacağıq, axııı...

İndi də elə erməni qədər “hörməti- urvatı” olan biri çıxıb proqnoz verib.


Adalet.az xəbər verir ki, erməninin “Ukraynapərəst” proqnozundan qeyzlənən Çeçenistan lideri Ramzan Kadırov Ukraynada müharibənin nə vaxt bitəcəyi ilə bağlı ayrı bir proqnoz verib və dolayısı ilə onun proqnozlarını yalanlamağa çalışıb. Kadırov öz Telegram kanalında yazıb ki, Avropa İttifaqı ölkələri öz siyasətlərinin yanlışlığını etiraf etməyə başlayıbsa, demək, savaş bu ilin sonuna kimi başa çatacaq:”Qərb diz çökəcək və həmişə olduğu kimi, Avropa dövlətləri Rusiya Federasiyası ilə bütün sahələrdə qarşılıqlı fəaliyyət göstərməli olacaqlar. Başqa heç nə olmamalıdır və olmayacaq da”
Qeyd edək ki, ötən ilin martında Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev müharibənin bitəcəyi haqqında proqnoz vermişdi. Demişdi ki, müharibənin bitməsinə az qalıb: “Bu müharibə 1 aydan çox çəkməməlidir. Az vaxt ərzində aradan qalxmalıdır. Müharibənin 24-cü günü mənim üçün çox maraqlıdır. Bunun səbəbi var. İnşallah biləcəksiniz”.


P.S. Sən Allah, gedin özünüzə iş tapın! Heç müharibəni başlayan Putin özü dəqiq bilmir ki, bu gedişlə hara qədər gedə bilər. 16 gündən sonra müharibənin başlamasının bir ili tamam olur.


Əntiqə Rəşid