24 Sentyabr 2024 13:08
191
ŞOU-BİZNES

Şəbnəm Tovuzlu: “Böyük dəstək olduğum adam Vəfanı dəstəklədi”

Son zamanlar həmkarı Vəfa Şərifova ilə ardıcıl qalmaqal yaşayan Şəbnəm Tovuzlu bu dəfə də açıqlaması ilə diqqət çəkib.

Adalet.az bildirir ki, müğənni qalmaqallı “Cənnətim” mahnısını ifa etdikdən sonra yaranan problemlərdən danışıb:

“Mən heç kəsə düşmən demirəm. Amma bu “Cənnətim”dən sonra kim məni sevir, kim sevmir, dostum kimdir hamısını gördüm. Elə insanlar vardı ki, onlar üçün həmişə yaxşı münasibətdə olmuşam. Ancaq bu məqamda onların dəstəyini görmədim. 

Bir tanınmış bəyə elə bir jest etmişdim ki, onu heç kəs ona etməzdi. Kiçik bir məbləğdən deyil, 10-15 min AZN-dən söhbət gedir. Bunun qarşılığında isə həmin insan mahnını mənim ifamda deyil, digər xanımın(Vəfa Şərifova) ifasında paylaşdı. Baxdım, sadəcə ayıb olsun dedim. İnsan etdiyi yaxşılığı deməz, amma elə insanlar var ki, onu başa salmalısan ki, ay nankor insan sənə etdiyim yaxşılığa görə, niyə pislik edirsən”?!

Əntiqə