adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Dekabr 2021 18:18
1997
ŞOU-BİZNES

Selena Qomesin psixoloji problemləri var

Məşhur müğənni Selena Qomes səhhəti ilə bağlı etiraflar edib.

Adalet.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi psixoloji problemləri olduğunu deyib.

29 yaşlı Qomes "Hərdən bununla mübarizə aparmaqda çətinlik çəkirəm. Hərdən yuxudan oyanıram və yataqdan qalxa bilmirəm. Həmin an telefonu götürüb kiməsə zəng etmək mənə kömək olur" sözlərini söyləyib.

İfaçı bunun üçün məsləətlər verib və idmanın mütləq olduğunu deyib.