Şəmkirdə 35 yaşlı kişini "tok" vurub öldürdü
Şəmkirdə bədbəxt hadisə baş verib.
Adalet.az-ın məlumatına görə, Şəmkir şəhərinin Müşfiq Qəhrəmanov küçəsində 35 yaşlı rayon sakini İlkin Əhmədovu elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.