adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Fevral 2023 11:43
397
DÜNYA

Şimali Kipr Türk Respublikası da matəm elan etdi: 7 günlük... 

Xəbər verdiyimiz kimi, zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı Türkiyədə 7 günlük milli matəm elan edilib. Bu səbəbdən 12 fevral axşamına qədər Türkiyədə bayraqlar yarıya endiriləcək.


Adalet.az xəbər verir ki, Şimali Kiprdə 7 günlük matəm elan edilib. Məsələ ilə bağlı Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar tviter hesabında paylaşım edib: “Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”..


Qeyd edək ki, geofizik Əhməd Ərcanın mediaya müsahibəsində Türkiyənin cənub-şərqində baş verən zəlzələnin gücünü 130 atom bombasının partlaması ilə müqayisə edilə biləcəyini vurğulayıb. Zəlzələnin nəticəsi o qədər qorxuncdur ki, hazırda ölü sayı 3 min nəfərə çatmaqdadır.


Əntiqə Rəşid