adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Yanvar 2023 22:39
603
İDMAN

Şimali London derbisini “Arsenal” qazandı – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının XX turunun mərkəzi görüşü Londonda baş tutub.

Adalet.az xəbər verir ki, Şimali London derbisində “Tottenhem” “Arsenal”la qarşılaşıb.

Mövsümü yüksək səviyyədə keçirən “topçular” bu matçda qələbəyə seviniblər.

İlk hissədə vurulan qollar matçda həlledici olub. “Tottenhem”in qapıçısı Hüqo Lyoris 14-cü dəqiqədə öz qapısına vurub. 36-cı dəqiqədə Martin Odeqaard matçda ikinci və həlledici qolu rəqibin qapısından keçirib.

Bu nəticə ilə xallarının sayını 47-ə yüksəldən “Arsenal” liderliyini davam etdirir. “Tottenhem” isə 33 xalla 5-ci pillədə qərarlaşıb.

20:26

İngiltərə Premyer Liqasında XX tur davam edir.

Adalet.az xəbər verir ki, turun maraqlı matçlarından biri Londonda baş tutub.

“Çelsi” “Kristal Palas”ı qəbul edib. Son oyunlarda yaxşı təsir bağışlamayan və 3 matçdır qələbə üzünə həsrət qalan “zadəganlar” nəhayət bu sevinci yaşaya biliblər. Kay Havertzin yeganə qolu “Çelsi”yə 3 xal qazandırıb.

“Nyukasl” isə “Fulhem”i qəbul edib. Bu oyunun da taleyini tək qol həll edib. İsak 89-cu dəqiqədə dəqiq oynayıb.

Qeyd edək ki, günün mərkəzi oyunu “Arsenal”la “Tottenhem” arasında oynanılacaq.