adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Fevral 2023 14:59
1642
MARAQLI

"Simpsonlar"ın "Qahramanmaraş" kəhanəti: Müəmmalı gəmi, yük konteynerləri, zəlzələ... 

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Qəhrəmanmaraş vilayətinin 7,4 bal (bəzi mənbələrdə 7,7 bal) gücündə zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə yüksəlib.


Bilirsiniz ki, “Simpsonlar” (“The Simpsons”) cizgi filmi barədə çox danışılıb, çox yazılıb. Bəziləri onu adi cizgi filmi, bəziləri isə biriləri tərəfindən gələcəkdə həyata keçiriləcək planlarının subliminal mesajı kimi qəbul edir. Hər bir halda, bu cizgi filmi ekranlara çıxdığı ilk gündən bəri milyonların marağına və sevgisinə, eyni zamanda, bitib, tükənmək bilməyən söz-söhbətlərə səbəb olub.
İndi isə bu cizgi filmində Qəhrəmanmaraş adını axtaraq.

 


Adalet.az xəbər verir ki, hər hadisədə adı hallanan bu cizgi filmində zəlzələnin olacağına aid bir eyham olmasa da, bölümlərin birində Qahramamaraşın adı çəkilir. Beləki, hazırda Türkiyədə baş verən dəhşətli zəlzələ sosial şəbəkələrdə müzakirə edilərkən “Simpsonlar”cizgi filmi də diqqətdən kənarda qalmayıb.


Yadınızdadırsa, fevralın 3-də Türkiyənin Daxili işlər naziri Süleyman Soylu ABŞ başda olmaqla 9 Qərb ölkəsinin İstanbuldakı konsulluqların bağlanması ilə bağlı ABŞ səfirini hədəfə alaraq “Çəkin çirkli əllərinizi Türkiyədən” dedi.
Soylunun bu açıqlamaları verdiyi anda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Nitze adlı döyüş gəmisi İstanbul Sarayburnudan İstanbul Boğazına girib. Savaş gəmisi Üsküdar ətrafından dövr edərək Dolmabaxça sarayına yaxın açıq sularda lövbər salıb. Gəmi boğaza girərkən Türkiyə Sahil Mühafizə qrupları onu müşayiət edib. Gəmidə nəhəng ABŞ bayrağı ilə yanaşı, kiçik bir türk bayrağı da qaldırılıb. 155 metrlik göyərtədə silahlı əsgərlər görünüb

.

ABŞ səfiri həmin an Boğazda lövbər salan hərbi gəmiyə minib. O və ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh gəminin komandiri, polkovnik-leytenant Keti Ceykobson və gəmidəki zabitlər tərəfindən qarşılanıb. ABŞ Hərbi Dəniz Qüvvələrindən olan mayor Con Tompson mətbuat mənsubları ilə birlikdə gəzərək gəminin idarəetmə otağı, təcili yardım otağı, raket və sursat sistemlərinin yerləşdiyi bölmə, gəminin radar nöqtələri haqqında məlumat verib. Gəminin iki-üç gün Mərmərə bölgəsində qalaraq NATO ittifaqını gücləndirmək çərçivəsində Türkiyəyə müntəzəm səfər etmək məqsədi ilə İtaliyadan yola düşdüyü bildirilib. ABŞ səfiri Ceferi Fleyk və gəmi komandir göyərtədə qısa brifinq keçirib, sulları cavablandırıbalr.

Maraqlı olan daha bir detal: Cizgi filmində görünən gəmidəki yük, ötən gündən İsgəndərun limanında yanan konteynerlərə çox bənzəyir. O konteynerlər ki, iddiaya görə onların içərisində nüvə silahının müxtəlif hissələri var. Odur ki, cəhd edilməsinə baxmayaraq bir neçə yanğından mühafizə qrupu bir sutkadır yanğını söndürməkdə acizlik çəkir. 


Qeyd edək ki, “Simpsonlar”ın ən çox müzakirə olunan, konspirasiya nəzəriyyəçilərinin ən çox toxunduğu bölümü 1999-cu ildə yayımlanan bölümüdür. Belə ki, filmdə Simpsonlar ailəsi Nyu-Yorka getmək üçün çox ucuz avtobus bileti əldə edirlər.Broşuranın üzərində isə əkiz qüllələr və biletin qiyməti – 9 $ təsvir olunur. Lakin təsvir elə verilir ki, açıq-aşkar 9.11 kimi oxunur. Bunu da çoxları 11 sentyabr hadisələrinə (11.09.2001 / 9.11) işarə kimi qəbul edirlər.


P.S.Siz necə düşünürsünüz, “Simpsonlar” cizgi filmi zəlzələnin olacağını işarə etmir ki?
Cavabınızı bu videoya baxandan sonra verə bilərsiniz?

 Əntiqə Rəşid