adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Avqust 2022 14:39
326
SİYASƏT

Siyasi şərhçi: "Azərbaycana qarşı yeni hədə oxu formalaşdırılır"

"Azərbaycana qarşı yeni hədə oxu formalaşdılır".


Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib.
Onun sözlərinə görə dünyəvi quruluşu zəiflətməkçün istifadə olunan müxtəlif metodlar var.

“44 günlük müharibə ilə regionun panoramasını dəyişən, erməni mifik təfəkkürünü darmadağın edən və oturuşmuş beynəlxalq strateji düşüncələri yerindən silkələyən Azərbaycana yeni hədə oxu formalaşdırılır.
Azərbaycanda illərdir formalaşmış dini mövqenin təhrif edilərək ona siyasi məzhəbliçilik ölçüsü verməklə ölkənin dünyəvi və təhlükəsizlik sisteminə təhdid yaradılmasına cəhdlər edilir.
Dünyəvi quruluşu zəiflətmək və şəriət qaydaları ilə idarə olunan idarəetmə sistemi qurmaq üçün istifadə olunan metodlar:
1. Dünyəviliyə qarşı yönəlmiş təbliğatın mərkəzinə gənclər kütləsi gətirilir,
2. 100 nəfərdən 70-i yemə gəlir (şərti rəqəmdir) və onların istismar edilməsinin növbəti mərhələsi başlanır,
3. Daha sonra kütlənin ən çox maraq göstərdiyi meyxanalar vasitəsilə, dini məclislərdə bizə yad olan ideologiya təbliğ edilir,
4. Azərbaycanın dövlət quruluşuna qarşı videomüraciətlər hazırlanır, tirajlanır və verilən təlimatlarla bunlar sosial şəbəkələrdə sürətlə yayılır.
5. Bunlara qarşı çıxanlar hədəfə gətirilir, hətta təhqir edilir.”

Cavid