adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Avqust 2022 15:15
357
DÜNYA

Şotlandiya qadın gigiyena vasitələrini pulsuz təqdim edən ilk ölkə oldu

 Şotlandiya Parlamenti dünən ehtiyacı olan hər bir qadına pulsuz qadın sanitar ləvazimatların verilməsini nəzərdə tutan qanunu qəbul edib.

Dünən Şotlandiya parlamenti tərəfindən təsdiq edilən Qadın Gigiyena Məhsulları Aktına əsasən, ehtiyacı olan hər kəsə pulsuz sanitar gigiyena vasitələrinin verilməsi hakimiyyət orqanlarının qanuni tələbinə çevrilib.

2018-ci ildə pulsuz gigiyenik məhsullar təqdim etmək üçün ümummilli kampaniyaya başlayan Şotlandiya İşçi Partiyasının sağlamlıq sözçüsü Monika Lennon, bu qanunun menstruasiya dövründə olan hər kəsin həyatında böyük fərq yaradacağını bildirib. Lennon bir neçə il əvvəl parlamentdə açıq şəkildə müzakirə edilə bilməyən menstrual dövrü məsələsinin əsas mövzu olduğunu, Şotlandiya parlamentinin üzvlərinin bunun bir parçası olmaqdan xoşbəxt olduğunu dilə gətirmişdi.

Ümummilli kampaniya şimaldakı bir neçə yerli şuranın qadın vətəndaşlara pulsuz sanitariya məhsulları təqdim etməsindən sonra başladı. Lakin Lennonun hərəkatı xalqın dəstəyini qazandı və Şotlandiya Parlamenti onun 2020-ci ildə qüvvəyə minməsini yekdilliklə təsdiqlədi.

Qadın gigiyena məhsulları çatışmazlığının qarşısının alınmasına əhəmiyyətli təsir göstərəcək qanunun 2020-2021-ci illərdə Covid-19 epidemiyası zamanı bu məhsullardan məhrum olan bir çox qadına kömək edəcəyi gözlənilir.

 
Eminquey