adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Yanvar 2022 17:47
647
İDMAN

Suares "Atletiko"dan gedir

Luis Suares İspaniyanın "Atletiko"dan ayrılmaq istəyir.

Adalet.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Uruqvaylı forvard Madrid klubu ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyəcək. 34 yaşlı qolçu ABŞ-ın "İnter Mayami" klubunda oynamaq istəyir.

Luis Suares "Atletiko"ya 2021-ci ilin yayında keçib. Təcrübəli forvard La Liqa klubunun heyətində meydana çıxdığı 26 oyunda 9 qol və 2 asistlə yadda qalıb.