adalet.az header logo
  • Bakı -°C
09 Iyun 2026 20:02
77
İDMAN
A- A+

"Sumqayıt"dan ayrıldı, tanınmış klubu çalışdıracaq - RƏSMİ

Başa çatan mövsümün sonunda "Sumqayıt"dan ayrılan Saşa İliçin yeni iş yeri müəyyənləşib.

Adalet.az xəbər verir ki, serbiyalı mütəxəssis ölkəsində işləyəcək.

O, "Partizan"ın baş məşqçisi təyin edilib. Bu baərəd klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Saşa İliç futbolçu karyerasının böyük hissəsini - 1996-2005-ci və 2010-19-cu illəri "Partizan"da keçirib. İliç futbolçu kimi "Partizan"ın heyətində 604 matçda meydana çıxıb, 160 qol vurub və 11 dəfə Serbiya çempionu olub.

Saşa İliç ötən ilin yayından "Sumqayıt"ı çalışdırırdı. Komanda 2025/2026 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurub. (qol.az)