adalet.az header logo
  • Bakı 18°C
21 Iyun 2022 11:53
553
MƏMLƏKƏT

Sürücülər ara məsafəsi saxlamırlar

Havalar get-gedə daha da istiləşir. Belə bir isti havada müxtəlif markalı avtomobilləri idarə etmək bir qədər də çətinləşir. Biz bir neçə gün bundan əvvəl rayona gedirdik, Bakı-Astara avtomobil yolunun Salyan istiqamətində bir sürücü avtomobili idarə edərkən gah sağa, gah da sola dönürdü. Xoşbəxtlikdən yol ikitərəfli olduğu üçün qarşıda təhlükə yox idi. Amma bizim əyləşdiyimiz avtomobilin sürücüsü 50 metr ara məsafəsi saxlamışdı, üstəlik də siqnal səsi ilə sağa, sola hərəkət edən avtomobilin sürücüsünü oyatdı.

Görünür, sürücü sükan arxasında yatıbmış və nə yaxşı ki, maşını beton arakəsməyə, yaxud da yanından keçən digər nəqliyyat vasitəsinə vurmayıb. Ona görə də respublikanın avtomobil yollarında hər bir sürücü ara məsafəsi saxlamalı, sükan arxasında yatmamalı, özünün və yanındakılarının taleyini düşünməlidir. Yol polisi xəbərdarlıq edir, çox təəssüf ki, sürücülər isə buna məhəl qoymurlar.

Emil FAİQOĞLU