adalet.az header logo
  • Bakı 20°C
15 Yanvar 2022 12:13
604
SİYASƏT

“Şuşa əldən çıxdı, bəs “dqr” sualına Paşinyandan “sıfır faiz şans” işarəsi - Siyasi ANALİZ

Hazırda ermənilər uydurma Artsax respublikası haqqında çıxacaq konkret qərarlara görə hökümətin verəcəyi son və qəti açıqlamanı gözləyir. “Revanşistlər” hələ də məğlubiyyətlə barışmayaraq “dqr”in geri qaytarılması haqqında növbəti dəfə müharibə başlayacağını gözləməkdədir. Ötən ilin sonunda Ermənistanın baş naziri Nikol Paşinyanın sətiraltı bəzi sözləri “revanşistləri” xəyal qırıqlığına uğratsa da görünən odur ki, onların ümidləri hələ də qırılmayıb. Gəlin proseslərə başdan nəzər salaq:

 

Paşinyanın “Şuşa” açıqlaması

 

Hələ ötən ilin yanvar ayında Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin hökumət saatında erməniləri “Münaqişəyədək Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub” sözləri ilə şoka salmışdı. Fikir həmin vaxt Ermənistanın xarici işlər naziri olan “revanşist” təfəkkürlü Ara Ayvazyan Şuşa ilə bağlı “Şuşa ermənilərin mədəni paytaxtıdır. Biz Şuşanın Türk Dünyasının mədəni mərkəzi olması iddiası ilə razı deyilik “ açıqlamasından 2 saat sonra söylənmişdi. Paşinyan Ara ayvazyanın simasında bütün revanşist ermənilərə “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?” deməklə Şuşanın erməni şəhəri olmadığına işarə etmişdi.

 

Erməni revanşistlər sual verir: “Bəs “dqr”?

 

2021-ci il irəlilədikcə əlləri Şuşadan çıxmış ermənilərin gözü “dqr”ə zilləndi. Ermənistanın Başı naziri "Qarabağ Azərbaycanın tərkibində olacaq, yoxsa yox?" sualına cavab verməməsi ermənilər arasında çaxnaşma yaratdı. Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının üzvü Anna Mkrtçyan iddia etdi ki, Nikol Paşinyan operativ əlaqədən istifadə edərək Azərbaycan tərəfi ilə gizli razılaşmalar üçün vədlər verib.

Buna baxmayaraq hökumət başçısı ölkəsinin Zəngəzur icmalarının rəhbərləri ilə görüşündə ikinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan danışaraq, reallıqları deməkdən çəkinməyib:“Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verənlər oldu. Ermənistan Zəngəzur yolunu bağlaya bilməz. Çünki, Azərbaycan buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”-dedi.

Bu tip açıqlamalar ömürlərini uydurma , yalan xəyalların qoynunda yaşayan ermənilərin xoşuna gəlmədi. Paşinyana qarşı tənqidlər, təhqirlər, etirazlar başladı. 2021-ci ilin oktyabr ayında Ermənistanı 3 günlük etiraz dalğası bürüdü. İrəvanda-Respublika meydanında ümumerməni etiraz mitinqləri baş verdi.

 

Paşinyan əslində nə demək istəyir?

 

Baş nazir tutduğu mövqeyə və açıqlamalarına görə, ona ünvanlanan tənqidlərə cavab vermək məcburiyyətində qaldı. O, gizlin gerçəklikləri açıqlayaraq erməniləri əməlli başlı yerində oturtmağa çalışdı. Məsələn 2021 ci il dekabrın 24-də mətbuat konfransı zamanı: “BMT Təhlükəsizlik Şurasının qərarını proqnozlaşdırmaq olar, çünki 1993-cü ildə Təhlükəsizlik Şurası “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqqında” qətnamə qəbul edib. Bununla da Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb”- dedi. Paşinyaniki gün sonra - bazar günü də (26 dekabr) öz Facebook səhifəsində yazdı ki, danışıqların məzmunu sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlıların Dağlıq Qarabağın statusunun müəyyən edilməsində iştirak hüququnu təsbit edir:” Ona görə də, əgər danışıqların məzmununa uyğun olaraq, azərbaycanlılar Dağlıq Qarabağın sakinləri idilərsə, o zaman orada yaşamalı idilər”.

Paşinyanın sözlərinə görə, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinə qədər Ermənistan tərəfi buna etiraz etməyib. Hətta1998-ci ildən etibarən qondarma qurum danışıqlar masasından çıxarılıb.

 

Erməni politoloq izah edir: Paşinyan sözünü dedi...

 

Erməni politoloq Beniamin Poğosyan Paşinyanın məhz dekabr ayına olan açıqlamalarını gözdən keçirərək gəldiyi qənaəti soydaşları ilə bölüşüb. O bildirib

ki, dekabrın 14-də Brüsseldə keçirilən görüş, ardınca dekabrın 24-də Paşinyanın mətbuat konfransı, əslində, Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə bağlı idi:” “Sanki dekabrın əvvəllərindən başlayaraq bu problemlər həll edildi, dekabrın 14-də Brüsseldə razılıq əldə olundu ki, Zəngəzurda ən azından dəmir yolu (İrəvan-Arazdəyən-Ordubad-Mehri-Horadiz-Bakı) fəaliyyət göstərəcək. Dekabrın 24-də isə öz mətbuat konfransı zamanı Baş nazir qeyd etdi ki, Qarabağın Azərbaycan tərkibində ola bilməcəyinə dair sıfır faiz şans var. O, faktiki olaraq Qarabağın Azərbaycan tərkibində olmalı olduğuna işarə etdi”.

Əslində Ermənistanın kapitulyasiyasının ardınca separatçı başçı Arayik Arutyunan da tezliklə "hakimiyyətdən və siyasətdən gedəcəyi" barədə bəyanat vermişdi. Amma daha sonra nə oldusa o, həmin planlarından daşındı və oyuncaq rejimə başçılıq etməkdə davam etdi. Ötən ilin əvvəllərində Xankəndində "Azadlıq" radiosuna danışan mənbələr demişdi ki, Araik getmək istəyib, amma ruslar ona qalmağı tapşırıblar...

Uzun sözün qısası, görünən odur ki, Ermənistan Şuşa kimi qondarma“dqr”dən də ümidlərini üzüb. Qalıb bunu xəstə təxəyyüllü, mazoxist düşüncəli ermənilərə başa salmaq.

 

P.S. Ermənistan dövləti 2021-ci ildə qondarma "Dağlıq Qarabağ Respublikası"na infrastrukturun yenidən qurulması üçün 110 milyard dram (355 milyon manat) ayırdığını elan etmişdi. Əgər həmin məbləğ Qarabağ ermənilərinə çatıbsa, niyə hələ də Rusiya sülhməramlılarının gətirdiyi dilənçi payına möhtac qalıblar? Yox əgər ayrılan məbləğ ünvanına çatmayıbsa, ermənilər “dqr” gələcək taleyi ilə yox, o böyük məbləğin hazırki aqibəti ilə maraqlansalar daha məqsədəuyğun vəziyyət yaranar.

 

Əntiqə Rəşid