26 Sentyabr 2024 17:14
142
ƏDƏBİYYAT

Payız lövhələri - Adilə Səfərova yazır

Qəm eyləmə xəzan naxışlım

Yenə pərişandı payız, pəjmürdədir halı, tutulubdu qaşqabağı. Küskün baxışından qəm süzülür, nəmdir üzü. Yenə hicrannotuna, həsrət akkorduna köklənib,- ayrılıq şərqisi oxuyur.

Dəli rüzgarın qəm neyindən qopan ayrılıq havasından havalanıbsanki. Qürbətə köç edən qərib quşların boş qalan yuvalarına vidanəğməsindən, ahı budaqları göynədən, xəzana dönən yarpaqxışıltısı nalələrindən bitab olubg Kövrəlib, doluxsunub Payız. Sınıq könlü neyə dönüb, qəm ələyir, nəm süzülür baxışından, gildir-gildir yaşa dönür gözlərində...

Nələrin intizarının, nəyin xiffətini çəkir? Narın-narın, həzin-həzin nalə çəkib, için-için yağış dilində nədən ağlayır payız!? Yoxsa üryan ağacların, saralan otların, ləçəkləri xıncım-xıncımolan çiçəklərin xiffətini çəkir. Nəğməsi yetim qalan quşyuvalarının kədərindənmi belə qəmlənib?

Bəlkə yerini tutacaq qarlı-çovğunlu qışın nəfəsini duyub, addımsəsindən diksinib. Şaxta-ayazın saçlarını yolduğu məcnunsöyüdləri, xan çinarları, ürüyən ağacları üşüdəcəyinin kədəriniyaşayır...

Qəm eyləmə qızılı donlu, xəzan naxışlı, barlı-bəhrəli, çal çağırlıpayız. Gah nurlu simalı, ilıq təbəssümlü, gah da küskün baxışlımüdriklik rəmzi fəsil. Sən həm də sevənləri qovuşduran toy-büsat fəslisən. Ayrılıqların vüsal çələngisən.

Qüssə, qübar niqabını çək üzündən, sıyrıl qəmdən. Qəm buluduyoxa çıxsın, qoy qurutsun zərrin-zərrin al şəfəqlər nəm üzünü. Təbəssümün paklandırsın ürəkləri, gerçək olsun könüllərindiləkləri...

Tab edərik qışın şaxta, ayazına, çovğunua, dumanına, boranına. Diləyimiz yenə yaşıl don geyinər, qönçə olar, çiçəkləyərümidimiz, qərb quşlar dönər isti yuvasına, cah-cəlallı, xoşnövraqlı günlər gələr, bağça-bağlar bar yetirər, var gətirər. Ürəklərdə puçurpuçur sevda bitər, yetişərsən sevgi doluürəklərin harayına. Qəm eyləmə xəzan naxışlı, nur çöhrəlifəslim mənim...

Qumruların sevgi nağılı

İş otağında burkü cövlan etsə də , bayırda Gilavar əsir. Ara-sıraartan coşqusuyla açıq pəncərədən içəri dolub xəfif sərinlikgətirir. Bu xoş sərinlik təkcə otaq havasına deyil, üzə, vücudayansıyir, qəlbdə duyğuya, düsuncəyə də sirayət edir sanki. Könüldə ilıq hisslər oyadıb xoş ovqat yaradır.

Otağa qəlb oxşayan rayihə gətirən Gilavarı daha yaxındanduymaq üçün ayağa qalxıb pəncərəyə yaxınlaşıram. Pəncərəönundə təbiətin əsrarəngizliyinə Payız nəfəsinin yaşılyarpaqlarına qizılı xal salmıs ağaclara boylanıram. Diqqətimibudaqların titrəyişi, bir- birinə çırpınışı, sığal çəkirmiş kimitoxunuşu çəkir. Elə bil, kövrək budaqlar , üzərlərində sıralananxallı yarpaqlar da, məst olub meh nəvazişindən. Onlar da buoxşamadan, tumarlanmadan, sanki nazlanir, sevinclə titrəşibşənlənir, rəqs edirmiş kimi bir- biriylə qucaqlaşıb ayrılir vəyenidən təkrarlayırlar bu oyunlarını.Yarpaqların bir- birinətoxunuşundan yaranan xışıltı səslərini dinləyirəm.Bu səs dəhəzin, kövrək nəğmə kimi hissə, duyğuya sirayət edib, üzdətəbəssüm yaradır.Və ixtiyarsiz icimdə kəpənək səssizliyi qədərsükutla dodaqlarımda pıçıltı qopur:

- Qüdrətinə şükür,İlahi! Ana təbiətdə yaratdıgın bu ecazkarmənzərə ən sərt ürəkləri yumşaldar, kövrəldər, ruha qüvvət, duygulara təravət, insanlıga örnək, fikrlərə cəsarət gətirər.

Elə bu duygusal, isıqlı düşuncələr selində baxışlarım yaxınməsafədə olan tut agacının budağı "gizlin"ində cikkildəşən bircüt Qumru quşuna yönəlir.Görduyüm mənzərə önündə dönübqalıram.Yenicə pərvazlandıqları hiss olunan bu qumrularındavranıslarından, bir- birinə mehr- məhəbbətlərindən kövrəlirəmvə düşünürəm ki, gilavarın həzin mehi deyəsən, onlari daduygulandırib; qumrular gah birbirinə sığınır, gah uslubcadimdikləşir, gah ğöz- ğözə gəlib baxışır, sonra başlarıni, boyunlarını bir birinə sürtüb sığallaşır, gah da biri digərininqabaran sinəsinə baş qoyub qəlb çırpıntıların dinləyir kimisusurlar. Və qəfil budaqdan -budağa uçuşub yarpaqlar arasındagızlin oyunlarıni təkrarlayıb xoşbəxtcəsinə qığıldaşırlar...

İçimdə yenə dillənirəm:- İlahi, nə qəribə, nə ezazkarmənzərədir bu? Görəsən quş dilində nələr danışir onlar.? Yoxsa, körpə qəlblərinə yenicəmi düşüb sevgi atəşi!?.Bəlkə , buquşlarin da qibtə ediləcək, dillərdə dolaşan əfsanəvi qumruməhəbbəti nagılları elə bu anlardan başlayır.?

Bəlkə ,onlar quşdilində əhd bağlayıb, peyman edir, bir ömür boyu eşqlərinəsədaqətli olacaqlarına and içirlər ! Bəlkə, onların sevginağıllarınin başlanğıcına mən də şahidlik edirəm.Bəlkə də...

Qumruları məhəbbət şahidi olmağıma sevinir və onların bir- birinə mehri, qeyri- adi bədən dilləriylə nəvazişləri, səmimiunsiyyətləri, vüsal sevincləri önündə duyğülanıb kovrəlirəm. 

Və inanıram ki,onların da sevgi nağılları əcdadlarınınkı kimiəbədi və sonsuz olacaq.Çunki, Uca Yaradan Qumruları canlılara, o cümlədən, insanlara örnək timsalı olaraq Vəfa ,Sədaqət rəmzi, SEVGİ simvolu kimi yaradıb. 

Qumru qusları bir ömur boyu birgə yaşayır, bir an da ayrıqalmırlar.Qosa uçub, qoşa dolasırlar. Ucaliqlarda, əlcatmazlıqlarda yurd salib yuva qururlar.Yaşam qayğilarina, zaman gərdışlərinə birlikdə sinə gərib, qısin ayazına, şaxtasına,yayın bürküsünə, tufanlarin sərtliyinə, yağışlarınnəmliyinə bir- birinə sığınaraq dözurlər. Hətta nəsil artımıdönəmində də belə zəhmətə bərabər qatlaşirlar. Yavrularıninqayğısını birgə çəkir,onların pərvazlanib özlərini yaşatmaqgücünə çatınca qoruyurlar. 

Ayrılıqsa onlar üçün intihar məqamı olur. Biri hər hansısəbəbdən yaşamını itirsə, ömür yoldaşı bu həsrətə tab etmir, hicran əzabına dözməyib xiffətdən ölür...

Bax, beləcə... bu kövrək düşüncələr isıgında baxişlarımıqumrulardan ayırıb, asağıyaşıl ağaclar əhatəsində, gul- çicəyə bulənd olan parka baxıram. Bəlkə Gilavarın yaratdığı sərinliksəbəbindən park bir az qələbəlik görünür.Qol- qolagəzişən,oturacaqlarda bir birinə siğınan gənc cütlüklərə, ortayaslı, qocalıq cağinin ləngərliyini yaşayan qadınlara,kişilərəbaxıram. Onlari qumrularla müqayisə edirəm. Və fikirləşirəm ki, kaş qumrularin məhəbbət nagılını bütün insanlar yarada bilə. Adamlar da sevgilərində Qumrular kimi Vəfalı, Sədaqətli ola. Onda nə kirpiyinə od götürub ataliykən atasız uşaq boyüdən ana, nə də tərk edilmiş kişi olmaz dünyamızda. KAŞ!!!