adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Yanvar 2023 20:25
270
GÜNDƏM

Taksi sürücüsü İTV-nin aparıcısını təhdid etdi

İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişinin aparıcısı Vüsalə Məmmədovanın "Bolt" taksi xidmətindən istifadə etdiyi zaman başına iş gəlib

Adalet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Aparıcı sürücü tərəfindən təhdid olunduğunu bildirib:

"Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi "Arxadan maşın gəlir, saxlaya bilmərəm" deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və "O qapı içəridən açılmır, sol qapıdan düşün" dedi. İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı. Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım.

Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, "Bu işi neyləyək?". "Bolt"da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir... Mənə də deyir ki, səninlə başqa yerdə danışacağam".