adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Yanvar 2022 10:41
403
HADİSƏ

Tanımadığı şəxs tərəfindən bıçaqlandı

Yanvarın 10-u saat 01 radələrində Ağdaş rayonu, Ləki qəsəbə sakini Zaur Əliyevə tanımadığı şəxs tərəfindən yaşadığı evin həyətində ürək nahiyəsindən bıçaqla xəsarət yetirilməsi və həmin şəxsin hadisə yerindən qaçması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

 
Ağdaş rayon prokurorluğundan adalet.az-a daxil olan məlumata görə faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.


Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.


Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.