Tanınmış diktorun, möcüzə səsin doğum günü - Rafiq Hüseynov 76

Bu gün hər kəsin böyük hörmətlə andığı şəxsiyyət, tanınmış aparıcısı, diktor, Azərbaycanın xalq artisti Rafiq Hüseynovun doğum günüdür.
Adalet.az xəbər verir ki, Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.
2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olub. Leyli Hüseynlinin atasıdır.
26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunub.
Tanınmış diktorun həyat yolunu işıqlandıran videosüjeti nəzərinizə çatdırırıq:
Əntiqə Rəşid
Digər Xəbərlər

Günay Əfəndiyeva: “Hun-Türk Qurultayı kimi tədbirlərin Bursada və Şuşada..."

"Basqal qəsəbəsinin tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır" - Prezident

""Diri Baba" türbəsi unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir" - Dövlət başçısı
