adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Dekabr 2021 11:58
1007
ŞOU-BİZNES

Tanınmış Türkiyə müğənnisinin sevgilisi qəzada öldü: Özü isə ağır yaralandı... 

Türkiyənin tanınmış müğənni, “Hepsi” qrupununsolisti, Gülçin Ergülün sevgilisi avtomobil qəzasında həlak olub.

Adalet.az türk mediasına istinadən xəbər verir ki, İzmir-İstanbul yolunda yük maşınına çırpılan avtomobil yolun kənarındakı dəmir arakəsməyə dəyərək durub.

Müğənninin biznesmen sevgilisi Erdal Şeyda Lafçı həlak olub.

Müğənni Balıkesirdə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır, müalicəsini evdə davam etdirir. 

Türk mediası bildirir ki, müğənni ötən ay  “Bir-birimize iyi gelmiyoruz” adlı klip çəkdirib. Klipdə müğənni maşın sürür və qəzaya uğrayır.

 

Əntiqə Rəşid