adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Yanvar 2022 11:19
1062
ŞOU-BİZNES

Tanınmışların Bülent Ərsoyun “çətir tutan əsgər” fotosuna münasibəti: Xoş mənzərə deyil

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış müğənni Bülənt Ərsoyun “Anıt qəbri” ziyarəti zamanı bir dənizçi əsgərin müğənnini yağışdan qorunması üçün çətir tutduğu foto sosial şəbəkələrdə gündəm olmaqla yanaşı geniş müzakirərə , fikir ayrılığına da səbəb olmuşdu.

 

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin tanınmış sənət adamları da fikir bildiriblər.

 

“Yaşıl cam”ın məşhur aktrisası SELDA ALKOR “Diva”nı bu sözlərlə qınayıb: “Bülent Ərsoyun etdiyi hərəkət çox böyük yanlış. “Anıtqəbir”ə gedib, bel bir şəkilin ortaya çıxması qabul edilməzdir. Əsgərin istintaqa çağrılmasını da doğru hesab etmirəm. Çətir tutan əsgərdə günah yoxdur, onu tutduranda günah var. Başqa biri də bunu edə bilərdi, yaşını nəzərə alıb hər kəs o çətiri tuta bilərdi.

 

Tanınmış müsiqiçi ÖZDEMİR ERDOĞAN da belə bil mənzərənin xoş olmadığını dilinə gətirib:” Atatürkün adını əsas tutaraq, ziyarətə getmək, gedərkən də belə bir mənzərə yaratmaq, özünə “Diva” deyən birinə uyğun hərəkət deyil”.

 

Sevilən aktrisa, müğnni, aparıcı Gülbən Ərgən isə həmkarını müdafiəyə qalxıb. Onun fikrincə, sevilən müğənniyə hörmət, sayğı əlaməti olaraq ona çətir tutmaqda heç bir qəbahət görmür:”. Lazım olan yerdə səsi çıxmayanlar, qarşıdakının tanınmış biri olduğunu bilincə, hadisəyə münasibətləri kəskin olur. Bağırmaq marağı üstünmü gəldi?”

 

“Diva”, sevilən Bülent Ərsoy isə “Anıtqəbir” dəftərinə “... dünlərdə olduğu kimi bu gün və sabah da yenə gələcəyəm, yenə gələcəyəm, yenə gələcəyəm " deyə yazdı.

 

Əntiqə Rəşid