adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Iyul 2022 17:34
797
ELM VƏ TƏHSİL

Təhsil Nazirliyi: "İş yerini dəyişdirmək istəyən müəllimlər..."

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetlərinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Bu barədə Adalet.az-a Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.