adalet.az header logo
  • Bakı 13°C
13 Yanvar 2022 12:35
880
ELM VƏ TƏHSİL

Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri məktəbə daxil ola və məktəblilərlə görüşə bilərlər?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, onların belə bir hüquqları yoxdur.

 

“İctimai iştirakçılıq haqqında” qanuna görə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı yanında İctimai Şuralar yaradılmalıdır.  

 

Təhsil Nazirli yanında yaradılan İctimai Şura da göründüyü kimi mərkəzi icra hakimiyyəti yanında yaradılıb və onun fəaliyyətinə ictimai nəzarəti müxtəlif formalarda həyata keçirdir."

 

 Ekspertin sözlərinə görə şura üzvləri məktəb binasına daxil ola bilməzlər. 

 

" Qanuna görə ictimai şura üzvlərinin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yerləşdiyi binaya müvafiq orqan tərəfindən müəyyən olunmuş qaydada daxil olmaq hüququ vardır. Əvvəla İctimai Şuranın ictimai nəzarət etdiyi qurumun binasına daxil olması üçün müvafiq orqan tərəfindən müəyyən olunmuş qayda hələ qəbul edilməyib.  

 

Daha sonra isə məktəblər nə mərkəzi, nə yerli icra hakimiyyəti orqanı, nə də yerli idarəetmə orqanı deyil və İctimai Şura üzvləri məktəbin binasına daxil ola bilməzlər.

 

Əgər söhbət məktəblilərə qarşı cinayət və inzibati xəta törədilməsindən gedirsə, hətta hüquq-mühafizə orqanları belə onları valideynlərinin, qəyyumların, psixoloqların, pedaqoqların və sair əlaqədar şəxslərin iştirakı olmadan məktəb yaşlı uşaqları dindirə bilməz. Yox əgər söhbət psixoloji dəstəkdən gedirsə “Psixoloji yardım haqqında” qanuna görə 14 yaşına çatmamış şəxslərə psixoloji yardım yalnız onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə, 14 yaşı tamam olmuş şəxslərə isə onların razılığı ilə yalnız psixoloji yardım göstərmək hüququ olan ixtisaslı şəxslər tərəfindən göstərilir.

 

Qanundan göründüyü kimi İctimai Şura üzvləri məktəblilər ilə cinayət və inzibati xəta məsuliyyətini müəyyən etmək üçün heç cür görüşə bilməz, hətta qanunvericiliyə görə onların şagirdə psixoloji yardım etmək hüququ belə yoxdur."

 

Emin