adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Yanvar 2022 15:42
929
ELM VƏ TƏHSİL

Təhsil Nazirliyində bir sıra təyinatlar olub

Təhsil Nazirliyində bir sıra təyinatlar olub.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə Elnur Əliyev təyini edilib.

Elm, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsi Yaqub Piriyevə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi Ceyhun Kərəmova həvalə olunub.

Nicat Məmmədli və Valeh Mirzəyev nazirin müşaviri vəzifəsinə təyin olunublar.