adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Iyul 2022 12:35
729
ELM VƏ TƏHSİL

Təlimçi və repetitorlar qalib gələcək

Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyi və tədris kursları arasındakı münasibətlərə fikrini bildirib.

Ekspertin sözlərinə görə, sonda bu kurslar Nazirliyə qalib gələcək:

 

"Mərkəzləşmiş imtahanların təşkili ilə bağlı nazirlik və kurslar vuruşurlar. Bu müharibənin axırında hər iki tərəf qalib gələcək. Yəni, sonda təlimçi və repetitorlar qalib gələcəklər. Çünki nazirliyi də, kursları da repetitor və təlimçilər idarə edirlər. Bu mübarizənin ən maraqlı cəhəti isə odur ki, nazirlik sistemində bu imtahanalrı təşkil etməyə səlahiyyətli olan rəhbər şəxslərin belə indi də kurslar və əlavə təhsil müəssisələri ilə əlaqələri mövcuddur. Hətta bəzi hallarda bu şəxslər açıq-aydın təlimçilik edir və təlim vəsaitlərini çap edib satışını təşkil edirlər."

Cavid