adalet.az header logo
  • Bakı 19°C
08 Avqust 2022 14:50
563
MƏMLƏKƏT

"TikTok ən zərərli sosial platformadır"

TikTok ən zərərli sosial platformadır

Adalet.az xəbər verir ki, bu barədə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.

Onun sözlərinə görə tik-tok sosial şəbəkəsi beyinləri yumaqla məşğuldur.

“TikTok ən zərərli sosial platformadır; beyinləri yuyur, insanları lağlağıya, gəvəzəliyə çəkir, bəsitliyə alışdırır, düşünməkdən yayındırır, həyata, dünyaya qeyri-ciddi münasibət aşılayır.
Bəlkə, nə vaxtsa insanlar bu yüngüllükdən bezəcəklər, ya bəlkə, zaman özü hər şeyi tənzimləyəcək və orada ancaq aşağı zövqlü istifadəçilər qalacaqlar, bilmirəm. Amma indinin, bu günün ən pis, ən ziyanlı alışqanlığıdır TikTok.
Ondan uzaq durmağı bacarmaq iğidlikdir.”

 Cavid