adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Noyabr 2022 09:34
620
MARAQLI

Tinder-də İŞİD tələsi: Əvvəlcə tanış olurlar, sonra...

Dünyanın ən məşhur tanışlıq proqramlarından biri olan Tinder-də İŞİD yaraqlılarının istifadəçiləri tələyə salaraq pul yığdığı üzə çıxıb.

Afrikada Tinderdən istifadə edənlər üçün yeni xəbərdarlıq edilib. İngilis Times qəzetinin xəbərinə görə, xüsusilə Cənubi Afrikada terror fəaliyyətlərini davam etdirmək üçün Tinder-də tələ quran İŞİD üzvləri Tinder-də üzvlərinə pul vermək üçün şantaj edirlər.

Cənubi Afrika Bank Risk Məlumatları Mərkəzinin rəhbəri Nischal Mewalall bildirib ki, İŞİD üzvləri saxta profillər və fotoşəkillərlə Tinder-də izləyicilər qazanaraq təhdid yolu ilə qurbanlarından pul yığırlar. 

Ekspertlər son vaxtlar Yaxın Şərqdə zəifləyən İŞİD-in Afrikaya üz tutaraq bu qitədə terror fəaliyyətlərini gücləndirdiyinə diqqət çəkirlər. Afrika ölkələrində İŞİD daxilində pul axınının minlərlə dollara çatdığı bildirilir.

Terrorçu ekspert Martin Ewi deyib ki, İŞİD Afrikanı özünün yeni mərkəzinə çevirib və burada üzvlərinin sayı sürətlə artıb.

Cənubi Afrikada yaşayan britaniyalı İŞİD üzvü Samanta Levtueytin London və Afrikada bir çox terror aktlarına kömək etdiyi üzə çıxıb. Bildirilib ki, “Ağ dul qadın” kimi tanınan Lewthwaite 2008-ci ildən saxta pasportla Cənubi Afrikada yaşayır.

 

Eminquey