adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Yanvar 2023 09:51
273
HADİSƏ

Tovuzda ər və arvad FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Tovuzda ər və arvad dəm qazından boğulub.

Adalet.az xəbər verir ki, ötən gün Bozalqanlı kənd sakinləri 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.