adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Iyul 2022 10:52
916
ŞOU-BİZNES

Toyuna hazırlaşan Demet Özdemirdən üzücü xəbər....

"Erkenci Kuş" serialı ilə məşhurlaşan aktrisa Demet Özdemirin adı Türkiyə gündəmində daha çox sevgili dəyişməsi ilə anılır. Onun adı ilk öncə adıgedən serialda həmkarı Can Yamanla gündəm oldu bir müddət sevgili oldular, ayrıldılar. Sonra aktrisanın 2014-cü ildə aktrisa Serenay Sarıkaya ilə sevgili olan, modelyer Nedret Taciroğlunun oğlu Yaman Taciroğlu ilə eşq yaşadığı bildirildi. Daha sonra isə Barış Taylan Demirige ilə, Efe Duru, futbolçu Oğuzxan Özyakub, aktyor Yusif Çim, Furkan Palalı, Seçkin Özdemir ilə adı eşq dedi-qodularına qarışmışdı.,

Bir müddət əvvəl birlikdə görüntülənən türkiyəli müğənni Oğuzhan Koç və aktrisa Demet Özdemir cütlük münasibətini inkar etmişdi.

Alaçatıda görüntülənən cütlük eyni oteldə qaldığı önə sürüldü. Onların səmimi görüntüləri diqqətdən qaçmadı. artıq cütlük evlənmə yolunda addımlayırlar. Koç "Dünyadan uzak" mahnısı ilə Demetə evlilik təklifi edib və etdiyi təklifə aktrisa "hə" cavabını verdi.

Cütlüyün sosial şəbəkədə birgə fotosu da yayılıb. Demetin barmağındakı üzük izləyicilərin diqqətini çəkib. Bir müddət əvvəl qısqanclıq səbəbindən ayrılmış cütlüyün evlənməsi xəbəri izləyicilərini sevindirmiş, cütlüyə təbriklər yağdırılmışdı.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toyu olacağı günü həsrətlə gözləyən aktrisanın başına iş gəlib. Beləki, aktrisa qəflətən koronavirus pandemiyasına yoluxub. Bu haqda Demet özü sosial şəbəkə hesabında paylaşım edib: “"3 ildir koronaya tutulmamuşdım. İndi tutuldum. ilk növbədə onu qeyd etmək istəyirəm ki, təxirə salınmış heç nə yoxdur. Bir az ağrılı və ağır keçirirəm. Ancaq müalicəm davam edir, tezliklə sağalaram və qayıdaram. Mənimlə maraqlanan, kədərlənən, zəng edən və ya soruşan hər kəsə təşəkkür edirəm!Çox sağ olun. Sizi sevirəm".

Qeyd edək ki, mart ayında Oğuzhan və Demet yayda nigah masasına oturacaqlarının  xəbərini vermişdilər.
 

Əntiqə Rəşid