adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyul 2022 09:00
852
ŞOU-BİZNES

Trampın əfv etdiyi reper yenidən həbs edildi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən əfv edilən reper Kodak Blek yenidən ABŞ-ın Florida ştatında həbs edilib.

Məlumata görə, polis onun avtomobilini yoxlamaq üçün saxlayıb.

Yoxlama zamanı məlum olub ki, musiqiçinin sürücülük vəsiqəsinin və avtomobilin sənədlərinin müddəti bitib. Şüşələri isə qanunla icazə veriləndən daha çox tündləşdirib.

Avtomobildə həmçinin bir qutu asılılıq yarada bilən ağrıkəsici tapılıb.

Xatırladaq ki, 2019-cu ilin noyabrında Kodak Black qanunsuz silah əldə etdiyinə görə üç ildən çox müddətə azadlıqdan məhrum edilmişdi. Donald Tramp prezidentliyinin son günündə reperi mədəniyyət və cəmiyyətə xidmətlərinə görə əfv edib.