adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Avqust 2022 13:40
258
DÜNYA

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünün vaxtı bilindi

Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında 5-ci görüşün tarixi məlum olub.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Xüsusi nümayəndələrin növbəti görüşü sentyabrda keçiriləcək.

“Proseslər kövrəkdir, daimi sülh təmin edilməlidir”, - nazirlikdən qeyd olunub.