adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Oktyabr 2022 09:48
402
İDMAN

UEFA reytinqi: “Qarabağ” növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Bu, “Qarabağ”ın Avropa Liqasının G qrupunun III turunda Yunanıstanda “Olimpiakos” üzərində 3:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 3.000-ə, son beş mövsümdə isə 15,625-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17,250 xalı var.