adalet.az header logo
  • Bakı 21°C
17 Yanvar 2022 13:56
341
GÜNDƏM

Ukrayna bizim qardaşımızdır - İlhami Cəfərsoy yazır

Ukrayna kazakları rus işğalına qədər türk dilində danışırdılar. İşğaldan sonra onların qara günləri başladı. I Pyotr sərəncam verdi ki, Ukrayna kazakları orduda öz dillərində danışa bilməzlər. Bir müddət sonra çariça Yekaterinanın əmri ilə kazaklara evlərində öz dillərində danışmaq qadağan olundu. Nəticədə türk dilləri ilə slavyan dillərinin qarışması nəticəsində Ukrayna dili yarandı. Ukraynalılar öz qopuzçu ozanlarına türkcə Kobzar deyirlər. Kobzar qopuz çalan ər deməkdir. Ukraynada şairlərə Sebçi deyirdilər. Türklər islamiyyətə qədər peyğəmbərə Sebçi deyiblər. Çünki onlar Tanrının sabını, yəni sözünü insanlara çatdırırdılar. Ukrayna xalqının ikinci etnik adı Xaxoldur. Onlar saçlarını qırxıb ortasında kəkil saxlayırdılar. Xaxol kəkil sözünün azca dəyişmiş formasıdır. Ölkə başçımızın Ukrayna ilə bağladığı müqavilə iki ölkə arasında yeni üfüqlər açacaqdır. Ruslar Qazaxıstandan getdikləri kimi bir gün Əsgəranla Şuşa arasından rədd olub gedəcəklər. O əziz, sevimli gün yaxındadır.