adalet.az header logo
  • Bakı 13°C
17 Avqust 2022 11:06
305
DÜNYA

Ukrayna Rusiyanın itkilərini açıqladı

"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 44 100 hərbçisi məhv edilib".

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 886 tank, 4 162 zirehli döyüş maşını, 993 artilleriya sistemi, 263 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 196 helikopter, 792 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 054 avtomobil texnikası və avtosistern, 93 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.