adalet.az header logo
  • Bakı 21°C
15 Sentyabr 2022 11:21
839
ŞOU-BİZNES

Ukraynalı müğənni ermənistana dəstəyi: Bakıdakı konserti ləğv olundu...

Əvvəlcə oxucularımıza bir məlumatı çatdırım, sonra əsas xəbərə keçək:


Yəqin ki, müğənni-bəstəkar Emin Ağalarovun bizə zorla sırıdığı “Jara” festivallarını unutmamısınız . 2017-ci ilin festivalında əslən Ukraynadan olan Rusiyanın məşhur müğənnisi Maks Barskix çıxış etdi.

Xalqımızdan hörmət və ehtiram görən 2019-cu ildə isə Azərbaycanın məşhur jurnalı olan “The M.O.S.T.” -a müsahibə də verdi. Dərginin qış buraxılışının siması olan Maks “Nezemnaya 2020“ konsert turu çərçivəsində Bakıda da çıxış edəcəyini qeyd etdi. O, eyni zamanda sözügedən jurnalın “cover”ini instaqram səhifəsində paylaşaraq ilk ukraynalı olaraq nəşrdə yer aldığını bildirdi.Məlum ölkəmizdə müharibə olduğu üçün həmin ili Maksın konserti baş tutmadı.


“Çarələr bitməz” deyirlər, bu ilin dekabrında Maksı Bakıda konsert proqramı ilə çıxış etməyə dəvət etdilər.
Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə qiyməti 40-230 AZN arası olan biletlərin böyük hissəsinin də satıldığı vurğulanırdı ki....

Adalet.az Teleqram kanallarına istinadən bildirir ki, dekabrın 10-da Bakıda konserti nəzərdə tutulan Ukraynalı müğənni Maks Barskix İnstaqram səhifəsində paylaşım edib. O, paylaşımında Ermənistana dəstək nümayiş etdirib..
Azərbaycanlı İnstaqram izləyiciləri Ukraynanın Rusiya hücumuna məruz qaldığı ilk gündən Ukraynanın yanında olduğumuzu, vətəndaşlarımızın bu yolda ukraynalılarla birlikdə rus ordusuna qarşı vuruşduğunu, xalqımızın və dövlətimizin maddi və mənəvi dəstəyini ukraynalılara göstərdiyini Maksa xatırlatdıqdan sonra müğənni paylaşımını silmək məcburiyyətində qalıb.
Amma atalar demiş, daldan atılan daş topuğa dəyər ! Sosial şəbəkələrin Azərbaycan seqmentində müğənninin dekabrın 10-da baş tutacağı konsertinin ləgvi ilə bağlı çağırışlar olub. Məhz bu çağırışlardan sonra Maksın Bakı konserti ləğv edilib.

 P.S. Bizim kənddə sovet dövründə bir müəllim olub. İmkanı da yaxşı olub. Cammat toy mərasiminə 3 -5 manat nəmər salanda bu həmişə 10-15 manat pul atardı. Bir gün yenə bir toya gedir. Buna yemək-içmək verilmir. Elə dəqiqədə bir stəkan çay verirlər. Xeyli gözləyir, görür tamam acıb, burda da oturub boş-boş gözləməyin yeri yeri yoxdu. yemək gəlmir. Qalxır ayağa, gəlir nəmər yazanın yanına əsəbi-əsəbi deyir: Dəftərə yaz: Qərvənddən Filankəs müəllim, yazdınmı?

- Hə!

- Yaz: 3 üçlük, bir təklik.... yazdınmı?

-Hə!

- İndi də onun altından yaz: Yemədi getdi!

İndi Filankəs müəllimin sözü olmasın Maks yemədi getdi...

Əntiqə Rəşid