adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Dekabr 2022 10:50
1042
ELM VƏ TƏHSİL

UNEC-in akademik heyətinin müəllifi olduğu kitab çap olundu

UNEC-in akademik heyətinin müəllifi olduğu “Maliyyə iqtisadiyyatı: bankçılıq, sığorta, kapital bazarı və birja (maliyyə üzrə mütəxəssislərin masaüstü məlumat kitabı)” işıq üzü görüb.

Adalet.az xəbər verir ki, UNEC-in professoru Zahid Məmmədov və dosent Aydın Hüseynovun həmmüəllifi olduqları kitabın elmi redaktoru rektor, professor Ədalət Muradov, məsləhətçisi isə Rabitəbankın Müşahidə Şurasının Sədri Zakir Nuriyevdir.

Kitabda beynəlxalq standartlara uyğun, müasir və rəqabətə dözümlü Azərbaycan maliyyə industriyasının müasir vəziyyəti və perspektivləri haqqında elmi cəhətdən əsaslandırılmış məlumatlar yer alır. Kitabın metodoloji və nəzəri əsasını iqtisadi nəzəriyyənin, maliyyə və kredit nəzəriyyəsinin müddəaları, maliyyə hüququ, Azərbaycan Respublikasının maliyyə-bank institutlarının fəaliyyətini tənzimləyən normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Kitab “Monetar iqtisadiyyat”, “Maliyyə institutları, bazarı və alətləri”, “Bankçılıq”,  “Sığorta işi”, “Bank-sığorta”, “Kapital bazarları və birjanın fəaliyyəti” mövzularından bəhs edən 5 fəsildən ibarətdir. Mövzuların əksəriyyəti Azərbaycanda iqtisadi ədəbiyyat üzrə ilk dəfə işlənib və tədqiq edilib.

Orijinallığı ilə fərqlənən kitab geniş oxucu auditoriyası, xüsusən də maliyyə və bankçılıq sahəsi ilə məşğul olan mütəxəssislər, ekspertlər və maliyyə ixtisası üzrə tədris edən müəllimlər, tələbələr, tədqiqatçılar üçün nəzərdə tutulub. Əldə edilmiş nəticələr Azərbaycanın maliyyə və bankçılıq üzrə iqtisad elmində məlumat xarakterli ilk icmal nəşridir. Kitabın mövzularının hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunub və anlayışların izahlı şərhi müasir Azərbaycan bank sisteminin təcrübəsinə əsaslanaraq verilib.