adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Dekabr 2021 11:26
2102
MƏDƏNİYYƏT

“Uşaq Avroviziyası - 2021” mahnı müsabiqəsinin missiyası: Erməni qalibi qucaqla, təbrik et, uğur dilə...

Parisdə “Uşaq Avroviziyası - 2021” mahnı müsabiqəsi keçirildi. 


Xərci açıqlanmayan , amma kifayət qədər pul xərcləndiyi təxmin edilən müsabiqədə ölkəmizi “One of those days” mahnısı ilə təmsil edən Sona Əzizova 151 balla 5-ci yerə layiıq görüldü. Müsabiqədə İtaliya və Ukrayna 12 xalı Azərbaycana verib. Azərbaycan isə öz növbəsində 12 xalı Rusiyaya yollayıb. (1-ci ədalətsizlik)
 

Müsabiqənin qalibi isə 224 balla Ermənistan təmsilçisi seçildi. Təəccüblənməyə gərək yox, Fransada qələbə qazansa- qazansa ancaq erməni qazana bilərdi.
 

Çünki ermənilərə məxsus terror qruplarının bir çoxu Fransada yaranıb və bu dövlətin himayəsi altında Azərbaycan və Türkiyəyə qarşı qatı cinayət əməlləri törədilib. Terror təşkilatlarının bu ölkədə cəzasız qaldığı da bütün dünyaya məlumdur. Yadınıza salım:1991-ci ildə Fransada yaradılan «Erməni azadlıq hərəkatı» (AOD) terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılan «Orli qrupu» 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.1990-cı ildə Fransada yaradılan «Gənc ermənilər ittifaqı» diplomatların oğurlanması ilə məşğul olur. 1981-ci ildə Parisdə yaradılan «İntiharçılar eskadronu» Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak etmişdir. Üstəgəl son 30 ildə Fransa rəsmilərinin xüsusən prezidentlərinin Azərbaycana və Ermənistana fərqli münasibəti göz qabağındadır.
 

Qayıdaq müsabiqəyə... Sona səhnə arxasında “Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayan erməni qalib Malena ilə bir araya gələrək onunla qucaqlaşıb, təbriklərini çatdırıb, hətta ona uğur diləyib.


Əslində məqsədim yeniyetmə Sonanı qınamaq deyil. Mənasız müsabiqə və yarışlarda çəkilən xərclərə heyfim gəlir. O pullarla yurdumuzda necə gözəl layihələr həyata keçirmək olardı. Yaxşı, tutaq ki, belə müsabiqə zamanın tələbidir. O zaman ora - beynəlxalq tədbirlərə gedən heyətin tərkibinə milliliyi, xalqının və dövlətinin prinsiplərindən xəbərdar olmayan insanlar göndərilməsin. Düşünürəm ki, Sonanın ağlına bəlkə də, Milena ilə qucaqlaşıb, öpüşüb görüşmək, onu təbrik etmək gəlməzdi, bu jesti ona 3 minə yaxın şəhidimizin ruhunu incidən manqurtlar tələb edib.

 

Kimsə, düşünür ki, bu jest lazım idi , dünya görməlidir ki, Azərbaycan necə tolerandı... Onlara da sözüm odur ki, müharibə bitəndən ermənilərə 1960 terrorçu cəsədi, 69 işğalçı əsir qaytaran Azərbaycan kifayət qədər “tolerantlıq performansı” sərgiləyib. Amma bu tolerantlıq 30 ildir Ermənistanın arxasında duran, ona maddi və mənəvui dəstək olan böyük dövlətlərin umrunda deyil... O dövlətlər Ermənistanı separatçılıq, təxribatçılıq, terrorçuluq əməlllərinə görə “gül üzünə püff” edən deyillər.
 

P.S. Ay bala, ay qızım, boğazımızdan, əynimizdən kəsib sənə verdik ki, get, müsabiqədə iştirak et qalib ol ya get, ermənini qucaqla, bağrına bas, təbrik elə, uğur dilə...?
 
Əntiqə Rəşid