adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Noyabr 2022 10:07
1123
MARAQLI

Uşaq bağçasına hücum edən dünyanın ən zəhərli ilanı:Körpəni dişlədi -DƏHŞƏT

Dünyanın ən zəhərli ilanı kimi tanınan və daha çox Avstraliyada görülən “şərq qəhvəyi ilan”ı Kvinslend ştatının Boven şəhərindəki uşaq bağçasına girib.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, ötən gün Avstraliyada dəhşətli hadisə baş verib. Dünyanın ən zəhərli ilanı kimi tanınan “şərq qəhvəyi ilan”ı Şimali Kvinslend ştatının Boven şəhərindəki “Kidz” adlı uşaq bağçasına girib. Bir müddət içəridə dolaşan ilan balaca uşağı əlinin hər iki tərəfindən dişləyib.

Xəbərdarlıqdan sonra hadisə yerinə gedən səlahiyyətlilər, bir uşağın üzərində ilanı tapdıqları üçün məhv edilib.
Məlumdur ki, şərq qəhvəyi ilanların uzunluğu 2,5 metrə çata bilər və uşağın üzərindəki ilanın uzunluğu 40 santimetr olub
Qeyd edək ki, Torlu qəhvəyi ilanlar dünyanın ən zəhərli ilanlarındandır. Onların zəhəri insanlarda başgicəllənmə, ishal, güc itkisi və ya qıcolma, böyrək çatışmazlığı, iflic və ürəyin dayanmasına səbəb olur. Avstraliyada ilan sancması ölümlərinin 60 faizi bu növdəndir. Bu ilanlar əsəbidir və tərkibində 58 nəfəri öldürəcək qədər zəhər var. Antidot olmadan, ölüm dişləmədən sonra yarım saat ərzində baş verə bilər. Maraqlı olan odur ki, ilanlar qurbanları ilə bir müddət "məzələnir", yəni qurbanını ilk öncə dişləyir amma zəhərini buraxmır. Əgər qurban canını qurtarmağa çalışırsa o zaman ilan onu ikincə dəfə dişləyir və zəhərini yeridir.

Avstraliyada İlan sancmasından baş verən olümlərin 41% məhz qəhvəyi torlu ilanın payına düşür.

 Əntiqə Rəşid