adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Avqust 2022 13:23
343
İDMAN

Üzgüçümüz İslamiadanın finalına çıxdı

Azərbaycanlı üzgüçü Rəşad Əliquliyev V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Adalet.az-ın məlumatına görə, o, 400 metr məsafəni kompleks üsulla qət edərək finala çıxıb.

Xatırladaq ki, avqustun 14-də Məryəm Şeyxəlizadə finalda 50 metr məsafəyə batterflay üsulu ilə üzərək gümüş medal qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.