26 Sentyabr 2024 15:09
156
HADİSƏ

Vaqif Alıyevin qalıqları Gəncədə dəfn edildi

Birinci Qarabağ müharibəsində şəhid olan, 31 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Vaqif Sərdar oğlu Alıyevin qalıqları Gəncədə dəfn olunub.

Adalet.az xəbər verir ki, şəhidin qalıqları bu gün Gəncənin şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyevin 1966-сı ildə Gədəbəy rayonun Qoşabulaq kəndində anadan olub. 1993-cü il də Ağdam rayonun Sırxavənd kəndi istiqamətində itkin düşüb.