Vəfalı pişik iki aydan çoxdur sahibinin məzarı üzərində oturub
“Twitter” istifadəçisi “LavBosniak” iki aydan çoxdur Serbiyanın İslam icmasının keçmiş baş müftisi Müəmmar Zukorliçin məzarı üzərində küskün oturan və evə qayıtmaq istəməyən sadiq pişik barədə paylaşım edib.
Heyvanın sahibi 6 noyabr 2021-ci ildə ürək tutmasından vəfat edib. O, Serbiya və digər Balkan ölkələrindəki müsəlman icmasının tanınmış simalarından olub.
Zukorliçin ölümündən sonra onun pişiyi din xadiminin məzarı üstündə oturub. Heyvan sahibinin dəfn olunduğu yeri tərk etməkdən imtina edib. Paylaşımda qeyd edilib ki, pişik hələ də oradadır.
Heyvanın sədaqəti “Twitter” istifadəçilərini təsirləndirib.
Digər Xəbərlər
20 Aprel 2024 12:01
ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI
20 Aprel 2024 10:43Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
20 Aprel 2024 09:21Quterreşdən Azərbaycan və Ermənistana çağırış
20 Aprel 2024 09:10