adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Dekabr 2021 12:16
576
DÜNYA

Vətəndaş müharibəsinə gedən yol: Ermənistan parlamenti “ döyüş meydanı”na döndü – FOTO/VİDEO

Ermənistan parlamenti son bir ildə bir neçə dəfə “döyüş meydanı”na dönüb.

 

Yadınıza gələr: bu ilin avqust ayında parlamentin iclasında "Şərəfim var" blokunun deputatı Anna Mkrtçyan öz çıxışı zamanı Paşinyanın yol verdiyi səhvləri sadalamağa başladı.

 

Sosial şəbəkələrdə yayılan vedolarda görünür ki, o, Paşinyanın iclas zalına xeyli sayda mühafizəçi ilə gəlməsinə də diqqət çəkib. Mkrtçyan çıxış edən vaxt "Vətəndaş müqaviləsi" partiyasının deputatları yerlərindən qışqıraraq onun sözünü kəsməyə çalışdılar. Əvəzində deputat öz həmkarlarını "kapitulyantın tərəfdarları" adlandırıb. Bəzi deputatlar "Nikol satqındır!" deyə qışqırmağa başladılar.

 

 

Adalet.az erməni mediasına istinadən xəbər verir ki,növbəti dəfə Ermənistan parlamentində dava düşüb.

 

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə qanunvericilik binasının dəhlizində “Ermənistan” fraksiyası deputatlarının köməkçiləri arasında əlbəyaxa dava düşüb.

 

Dava iştirakçıları bir-birilərni küçə sözləri ilə təhqir ediblər.

 

Müxalif “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi Syune Qevorkyan jurnalistlərə bildirib ki, iş otağına gedərkən arxadan səs eşidib və davanı görüb.

 

 

Onun sözlərinə görə, hadisə parlament sədirinin müavini Ruben Rubinyanın kabinetinin qarşısında baş verib və davada Qraçya Akopyan, Vaaqn Aleksanyan və Sisak Qabrielyan iştirak ediblər.

 

Adları insidentdə hallanan millət vəkilləri isə hadisədən xəbərsiz olduqlarını və yalnız son anda hadisə yerinə gəldidklərini bildiriblər.

 

P.S. Görüntülərdən də bilinir ki, iki cəbhəyə ayrılan  erməni siyasiləri həyatlarının ən gərgin günlərini yaşayırlar. Bu tip davaların ictimaiyyətə sıçraması vətəndaş qarşıdurmasına gətirib çıxaracağı  məlumdur.

 

 

Əntiqə Rəşid