adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Sentyabr 2022 11:54
517
ŞOU-BİZNES

Xalq artistindən İranda baş verənlərə reaksiya

Estradanın əsas ulduzu Xalq artisti Aygün Kazımova sentyabrın 16-sı İranda əxlaq polisi tərəfindən işgəncələrə məruz qalaraq öldürülən Məhsa Əmini haqda paylaşım edib.

Adalet.az xəbər verir ki, sənətçi instagram hesabında Məhsanın şəklini paylaşaraq, bu sözləri yazıb.

“Qadın, söylə görüm, bu həyatda nələr çəkdin, nələr gördün?..”

Qeyd edək ki, A.Kazımovanın paylaşdığı cümlə, “Tənha qadın” adlı mahnısının sözlərindəndir.

 

Əntiqə Kərimzadə