adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Dekabr 2021 15:37
897
ƏDƏBİYYAT

Xalqının taleyinə günəştək doğulmusan!

Fəth etdiyin zirvədən uca zirvə yox daha,

İndi həmin  zirvədən xalqın baxır sabaha!

Xalqın bütöv bir ordu, Sən Ali  Baş Komandan!

Tarixdə ən möhtəşəm Zəfəri Sən çalmısan!

 

Sən ey Ölkə Rəhbəri, Sən ey Dövlət Başçımız,

Başımızda əbədi qalibiyyət tacımız!

Sən ey Odlar Yurduma Yeni Bir Tarix Yazan,

Sən ey əbədiyaşar, cahanşümul Qəhrəman!

 

Heydər dühası olub əsrə yol xəritəmiz,

Qəlbimizdə yaşayan ən əziz xatirəmiz!

Xalqının taleyinə günəştək doğulmusan,

Əzminlə sübut etdin, Ulu Öndər oğlusan!

 

...Şöhrətin sığan deyil bir şeirin çərçivəsinə,

Milyonlar qoşulacaq  Atəşinin səsinə!

Sən bütün varlığınla Vətəninə bağlısan!

Güclüsən, çünki daim ədalətlə, haqqlasan!

 

Cavanşir Atəşi (Qocayev)

Daşkəsən rayon Ağsaqqallar şurasının sədri, şair, 

ASKEF-in (Avrasiya Sənət Kültür Ədəbiyyat Bilim Federasiyasının) Daşkəsən rayonunda regional təmsilçisi, "Beynəlxalq Mikayıl Müşfiq mükafatı” laureatı