Xankəndidə mənzillər satışa çıxarılacaq
Xankəndi şəhərində sahibkarlar çoxmənzilli yaşayış binalarının tikintisinə start verib və tikinti başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq.
Adalet.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Onun sözlərinə görə, şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq:
"Artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub. Mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək".
Digər Xəbərlər
06 Dekabr 2025 16:03
Ramiz Mehdiyev haqqında yazılan mədhiyyə... - Elcan Məmmədov yazır
06 Dekabr 2025 15:55
İndi də Ramiz Mehdiyevin Nabrandakı villasının görüntüləri YAYILDI - VİDEO
06 Dekabr 2025 14:21
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ!
06 Dekabr 2025 09:09


Bakı -°C

