adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Yanvar 2022 13:13
1586
TEXNOLOGİYA

Xaricdən gələn şübhəli zənglərin 90 faizə yaxını bloklanıb - Nazir müavini

2021-ci ilin dekabrında Azərbaycanın mobil operatorlarına xaricdən vətəndaşların mobil telefonlarına gələn şübhəli zəngləri bloklamaq tapşırılıb.

Adalet.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu cür zənglərin 90 faizə yaxını bloklanıb.

"Bu işlər fırıldaq hallarının qarşısının alınmasına yönəlib", - deyə o bildirib.

Nazir müavini əlavə edib ki, mobil qurğularda klonlaşdırılmış IMEI nömrələrin müəyyən edilməsi ilə də bağlı işlər aparılır.(trend)