27 Sentyabr 2024 13:50
75
KRİMİNAL

Xırdalanda mağazadan 5 noutbuk oğurlandı

Sentyabrın 6-da gecə saatlarında Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 5 ədəd noutbukun oğurlanması barədə polisə məlumat daxil olub.

Adalet.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 37 yaşlı B.Xanlarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.