27 Sentyabr 2024 14:00
73
HADİSƏ

Yanğın 8 Noyabr prospektində sıxlığa səbəb oldu

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən hazırda 8 Noyabr prospektindən mərkəz istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Adalet.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi ilə birlikdə tədbirlər görülür.