adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Avqust 2022 10:18
405
DÜNYA

Yaponiyanın yeni hökuməti təsdiq olundu

Xəbər verdiyimiz kimi Yaponiya hökuməti tam heyyətlə istefaya göndərilmişdi. Hökumətin bu gün səhər keçirilən xüsusi iclasında yeni hökumətin üzvləri təsdiq olunub.

Fumio Kisidanın başçılıq etdiyi yeni hökumətdə xarici işlər naziri Yesimasa Xayasi öz postunda qalıb. Onun bu vəzifədə qalacağı əvvəlcədən də məlum idi. İclas başlamadan əvvəl, öz yerini saxlayan hökumətin baş katibi Xirokadzu Matsuno bildirmişdi ki, XİN rəhbəri öz postunda qalacaq.

 XİN rəhbəri ilə yanaşı, maliyyə naziri Syuniti Sudzuki, dövlət torpaq, infrastruktur, transport və turizm naziri Tesuo Sayto, iqtisadiyyatın dirçəlməsi naziri Daysiro Yamagiva da yenidən öz vəzifələrinə təsdiq olunublar.

 Hökumətin 19 üzvündən doqquzu hökumətdə ilk dəfə təmsil olunacaqlar. Qalan yeni nazir postlarını tutanlar isə, əvvəllər nazir poslarında olublar. Rüstəm Hacıyev

 

Rustam A.