adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Yanvar 2022 12:07
882
ŞOU-BİZNES

“Yasak Elma” serialının "Çağatay"ı “Malhun Hatun” la evlənir...

“Yasak Elma” serialında "Çağatay" obrazı ilə pərəstişkarlarının qarşısına çıxan Berk Oktay yeni xəbər var .

Adalet.az Habertürk-ə istinadən bildirir ki, bir müddətdir ki, sevilən aktyor həmkarı-aktrisa Yıldız Çağrı Atiksoyla birlikdə yaşayır. Berk Oktay və Yıldız Çağrı Atiksoyun münasibətində yeni mərhələ başlanıb. Beləki, özlərini xoşbəxt hesab edən cütlük ötən ilin fevral ayında münasibətlərini davam etdirməyə və yaxın gələcəkdə ailə quracaqlarına qərar vermişdilər. Bu ilin fevralın 2-də isə Berk Oktay anası və atası ilə İzmirə qız istəməyə gedəcək.

“Kuruluş Osman” serialındakı “Malhun Hatun” obrazı ilə bir daha könülləri fəth edən Yıldız Çağrı Atiksoyun ailəsini ziyarət edəcək Oktay ailəsi həmin gün nişan üzüklərini də taxacaq.

Qeyd edək ki, Türkiyəli aktyor Berk Oktay əvvəlki həyat yoldaşı vəkil Merve Şarapçıoğlu ilə qalmaqallı şəkildə boşandıqdan sonra yeni sevgiyə yelkən açmışdır.

 

Əntiqə Rəşid